Keti Kessidi

Keti Kessidi

Aktrisa

BİOQRAFİYA
Keti Kessidi 25 noyabr 1986-cı ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Aktrisanın iki böyük bacısı var. Keti Kalabasa şəhərində (Kaliforniya ştatı) böyüyüb. O, “Round Meadow Elementary School” və “A.E. Wright Middle School” məktəblərində təhsil alıb. Uşaq vaxtlarından Ketinin şou-biznesə marağı var idi. Rəqs, mahnı, aktyorluq, gimnastika, piano və gitara dərsləri alırdı. Sonra valideynləri məktəbi bitirənə kimi aktyorluqla məşğul olmağı ona qadağan etmişdilər. O, məktəblə paralel olaraq aktyorluq və teatr kurslarına gedirdi. Bundan əlavə, model kimi də fəaliyyət göstərirdi. Məktəbi bitirdikdən sonra Keti, aktyorluq karyerası üçün Los-Ancelesə gedir. O, populyar televiziya şousu “Göyün yeddinci qatı”ında rol alıb. Sonra böyük kinoda epizodik rollarda çəkilməyə başlayıb. Aktrisa 2006-cı ildə çıxan “When a Stranger Calls”, “The Lost Thing”, “Qara Milad bayramı”, “Click” kimi filmlərdə çəkilib. 2009-2012-ci illərdə Keti Los-Anceles xokkey komandasının üzvü xokkeyçi Caret Stolla görüşüb. 2016-cı ildə Metyu Rocerlə görüşməyə başlayıb və 2017-ci ildə nişanlandıqlarını elan ediblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Katie_Cassidy

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç