Hit Ledcer

Hit Ledcer

Aktyor

BİOQRAFİYA
Hit Ledcer 4 aprel 1979-cu ildə Avstraliyanın qərbində yerləşən Pert şəhərində doğulub. Valideynləri oğullarına Emili Brontenin “İldırımlı aşırım” romanındakı baş qəhrəmanın adını qoyub. Ailəsində aktyor olmayıb. Anası şotland əsilli Kempbell Selli Ledcer Bell fransız dili müəlliməsi, atası Kim Ledcer isə dağ mühəndisidir. Hitin 10 yaşı olanda valideynləri ayrılır və o anası ilə qalır.17 yaşında məktəbi bitirən Hit dostu ilə birlikdə Sidneyə yola düşür. 1996-cı ildə yerli teleserialların birində kiçik bir rol alan gənc aktyoru tezliklə ABŞ-a dəvət edirlər. Burada o, "Mənim nifrətimin 10 səbəbi" adlı komediya filmində çəkilir. 2000-ci ildə Mel Gibsonla birgə "Vətənpərvər" filmində çəkildikdən sonra aktyorun ulduzu parlayır. 2005-ci ildə Hit Ledcer karyerasının zirvəsinə yüksəlir. "Qrim qardaşları" və "Qozbel dağ" filmləri ona böyük uğur gətirir. Aktyor karyerasının yüksəliş mərhələsini yaşadığı vaxtda qəfil ölümü hamını şoka salır. 22 yanvar 2008-ci ildə aktyor Nyu-Yorkdakı evində keçinmiş vəziyyətdə tapılır. Bir müddət sonra ölümün səbəbi açıqlanır. Məlum olur ki, aktyor kəskin intoksikasiyadan – ağrıkəsici, sakitləşdirici və depressiyaya qarşı olan dərmanların orqanizmində verdiyi əks reaksiyadan dünyasını dəyişib. Aktyorun cənazəsi Avstraliyaya göndərilib və 9 fevral 2008-ci ildə o, doğma Pert şəhərində dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hit_Ledcer

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç