Helen Edmundson
Ssenarist
Helen Edmundson 1964-cü ildə Liverpul şəhərində (Böyük Britaniya) anadan olub. Uşaqlıq illərinin böyük hissəsini İngiltərənin şimalında yerləşən Uirral və Çester əyalətlərində keçirib. Mançester Universitetində dramaturgiya ixtisası üzrə ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra “Red Stockings” teatrının truppasına qoşulub. Orijinal yazı üslubuna və müxtəlif klassik bədii əsərləri özünəməxsus şəkildə kino və tamaşaya uyğunlaşdırmaqla tənqidçilərin etimadını qazanıb və bir sıra mükafatlara layiq görülüb. Çəkdiyi qısa filmlər 1991-ci ildə BBC-də yayımlanıb. 2015-ci ildə İTV telekanalında yayılan “Cənab Uişerin şübhələri” serialının iki epizodunun ssenarisini yazıb. Böyük kinoda isə “Məcdəlli Məryəm” bədii filminə yazdığı ssenari ilə məşhurlaşıb. 2018-ci ilin mart ayında böyük ekranlara çıxan filmdə Runi Mara və Xoakin Feniks kimi ulduzlar rol alıb. O, Françesko Siqalın bestseller romanı olan “Qəribə dövran”ı BBC telekanalında yayımlanması üçün hazırlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: