Maykl Kuesta

Maykl Kuesta

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Maykl Kuesta 8 iyul 1963-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 1985-ci ildə Təsviri İncəsənət Məktəbində operator işi üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə Pol Dano, Brayan Koks, Billi Key və Brüs Oltmanın çəkildiyi “Yalan” adlı bədii filmin ssenari müəlliflərindən biri və rejissorudur. Film kinotənqidçilərin rəğbətini qazanıb və Sandens kinofestivalındə iki “Azad ruh” mükafatına layiq görülüb. Filmin uğurundan sonra Kuesta HBO telekenalında daimi rejissora çevrilib. 2001-2005-ci illər yayımlanan “Müştəri hər zaman ölüdür” serialının rejissorudur. 2002-ci ildə “Hər şey aydındır” serialının dördüncü mövsümünün premyerası daxil olmaqla beş epizodunu lentə alıb. Bundan savayı Kuesta 2005-ci ildə Toronto Kinofestivalında təqdim olunan “12 illik” adlı filmin rejissorluğunu edib. 2006-cı ildə Kuesta məhkəmə tibbi eksperti işləyən silsilə qatildən bəhs edən “Dekster” serialının pilot epizodunu çəkib. Serialda baş rola “Müştəri hər zaman ölüdür” serialının ulduzu Maykl Hol çəkilib. Birinci mövsümün sonlarından serialın çəkiliş pavilyonundan ayrılıb. Daha sonra “Vətən” adlı serialın pilot epizoduna görə “Emmi” mükafatına namizəd olub. 2013-cü ildə Kuestaya baş rolda Ceremi Rennorun çəkildiyi “Qasidi öldürməli” siyasi-detektivinə rejissorluq etmək təklif olunur. Çəkilişlər 2013-cü ilin yayında Atlantada başlayır. 2015-ci ilin yanvarında isə “Frankeşteyn” horror serialının pilot epizodunu lentə alır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Michael_Cuesta

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç