Aksel Henni

Aksel Henni

Aktyor, rejissor

BİOQRAFİYA
Aksel Henni 29 oktyabr 1975-ci ildə Osloda (Norveç) anadan olub. 1998-ci ildə dördüncü cəhddə Norveçin Milli Teatr Akademiyasına daxil olub. Məzun olduqdan sonra, 2001-ci ildə Vart teatrında işləməyə başlayıb. Kinoaktyor kimi “Conni Vanq” filmində iştirak etdikdən sonra məşhurlaşıb. Sonra aktiv şəkildə kinoakytor kimi televiziyadan təklif almağa başlayır. 2003-cü ildə “Dost” filmində ikinci plan aktyor kimi rol alır, sonra isə rejissor kimi “Bir” filmi ilə debüt edir. Film skandinav kino tənqidçilərinin diqqətini çəkir və Aksel Henni karyerasında yeni mərhələyə addım atır. Filmə görə Avropa kinoakademiyasının “Amanda“ mükafatına layiq görülüb. 2005-ci ildə sosial reklamda çəkilməyə başlayıb. Tarixi dram “Maks Manus” ona böyük uğur gətirir. Karyerasında daha da irəli gedir. Həmçinin film yüksək kommersiya gəliri əldə edir. “İnsan ovçuları” filmindəki rolu isə beynəlxalq arenada tanınmasına səbəb olur. Bu filmdən sonra onu “Herakl” filminin çəkilişlərinə dəvət edirlər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Aksel_Hennie

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç