Devid Lindsi-Ebeyr 30 noyabr 1969-cu ildə Bostonda (ABŞ) anadan olub. Devid 7-ci sinifə kimi Boston dövlət məktəbində təhsil alıb. Sonra isə Milton Akademiyasında təhsilini davam etdirib. İlk dəfə məktəbdə teatr pyeslerinə maraq yaranıb. Onun ilk uğurlu işi “Eugene O’Neill Theatre Center” teatrında səhnəyə qoyulan “Fadi Mirs” tamaşası olub. Sonra yenidən həmin səhnəyə baş rolunda Cessika Parkerin oynadığı “Чудо света” pyesi ilə qayıdıb. 2010-cu ildə ssenarisini yazdığı, baş rolunda Nikol Kidmanın oynadığı “Rabbit Hole” filmi çıxıb. Film Toronto beynəlxalq film festivalında nümayiş edilib və çox isti qarşılanıb. Sonra o, “The L’il Plays” (1997), “A Devil Inside” (1997), “Dotting and Dashing” (2000), “Kimberli Akimbo” (2000) kimi pyeslər də yazıb. 2005-ci ildə ilk dəfə “Robot” adlı cizgi filminə də ssenari yazıb. Devid və həyat yoldaşı Kristinanın iki uşağı var. Onlar Bruklində (Nyu-York ştatı, ABŞ) yaşayırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Lindsay-Abaire