Tsin Tyan
Aktrisa
Tsin Tyan 21 iyul 1988-ci ildə Şansi əyalətinin Sian şəhərində anadan olub. Pekin Rəqs Akademiyasında oxuyub. Daha sonra təhsilini Pekin Kino Akademiyasında davam etdirib. Uşaqlığından bəri Tsin vokalla məşğuldur. 19 yaşında olanda rəqs karyerasını dayandırıb və “Siz kimsiniz” adlı ilk albomunu buraxıb. Kinoda debütünü dörd yaşında gerçəkləşdirib. “Da chong zhuang” filmində görüntülənib. 20 yaşında olanda isə onun iştirakı ilə “Dəhşətli anakonda” (2008) filmi ekranlara çıxıb. 2009-cu ildə çoxseriyalı sabun operası olan “Qadın epopeyası” dramında əsas aktyor heyətinə qatılıb. 2010-cu ildə isə “Mənim gözəlim” adlı çin melodramında Emma rolunu oynayıb. Həmin rol onu qısa müddət ərzində populyarlaşdırıb. Müxtəlif kino və televiziya layihələrinə təkliflər gəlməyə başlayıb. 2011-ci ildə “Savaşan krallıqlar” növbəti il 0isə “Sevginin kölgəsi” melodramında çəkilib. 2013-ci ildə Endi Onla “Xüsusi şəxs” kriminal dramında baş rolları ifa edib. Daha sonra məşhur aktyor Çeki Çanla “Yeni polis hekayəsi” filminə çəkilib. 2014-cü ildə Çou Yun Fatla birgə “Makaolu adam” kriminal komediyasında rol alıb. 2016-cı ildə Uilyam Defo, Mett Deymon kimi hollivud ulduzlarını bir araya gətirən “Böyük sədd” filminə çəkilib. Həmin filmə görə doqquz kiloqram kökəlməli olub, belə ki, rejissor onu döyüşçü roluna görə çox zərif olduğunu hesab edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/jing_tian/