Sara Cessika Parker

Sara Cessika Parker

Aktrisa, prodüser

BİOQRAFİYA
Sara Cessika Parker 25 mart 1965-ci ildə ABŞ-ın Ohayo ştatında doğulub. Anası müəllimə, atası isə jurnalist olub. Ailədə 4 uşaq olublar. Valideynləri ayrıldıqdan sonra anası yenidən ərə gedir. Sara bacı və qardaşları ilə atalığının evinə köçürlər. Atalığının da 4 uşağı ilə birlikdə geniş ailəyə sahib idilər. Lakin buna baxmayaraq Sara da daxil olmaqla bütün uşaqlara diqqət ayrılırdı. Sara atası kimi iudaizmlə məşğul olurdu. Halbuki ona heç bir dini tərbiyə verilməmişdi. Saranın istedadlı olduğunu görən valideynləri onun aktrisa olmağını istəyirlər. 1976-cı ildə Sara "Club of the First Wives", "Extreme Measures" kimi filmlərə dəvət alır. Ən uğurlu işi isə "Sex and the City" serialı olub. 1997-ci il 19 mayda Sara Parker aktyor Metyu Broderiklə ailə qurur. Bu nikahdan cütlüyün 4 övladı var. 2009-cu ilin noyabrında Sara Parker ABŞ prezidentinin mədəniyyət və incəsənət məsələləri üzrə məsləhətçilər qrupuna daxil edilir. 25 nəfərdən ibarət qrupun rəhbəri Mişel Obama idi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sara_Cessika_Parker

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç