Dayan Krüger

Dayan Krüger

Aktrisa

BİOQRAFİYA
Dayan Krüger 15 iyul 1976-cı ildə Aşağı Saksoniyada yerləşən Hildeshaym şəhəri (Almaniya) yaxınlığındakı Algermissen adlı kiçik qəsəbədə dünyaya gəlib. Atası Hans-Haynrix Haydkrüger kompüter mütəxəssisi, anası Mariya Tereza Haydkrüger isə adi bank işçisi idi. Dayanın Ştefan adında özündən kiçik qardaşı da var. O, uşaqlıqdan baletlə məşğul olmaq arzusunda idi və artıq iki yaşından rəqs etməyə başlamışdı. Balet məktəbinə gedən Dayan 1987-ci ildə təhsilini davam etdirməsi üçün London Kral Balet Məktəbinə göndərilmişdi. Artıq iki ildən sonra dördüncü dərəcə alan Dayan dizindən aldığı zədəyə görə peşəkar balerina olmaq arzusunu unutmalı olur. 1989-cu ildə Dayan Almaniyaya qayıdır və elə həmin il onun valideynləri boşanırlar. Anası uşaqlarına tək baxmalı olur. Dayan dərslərin arasında kuryerliklə və kafedə çalışmaqla anasına yardım edirdi. Aktrisa uzun illərdir, atası ilə danışmır və onu bağışlaması üçün dəfələrlə üzr istəyən atasını rədd edir. 1991-92-ci illərdə Dayan Krügerin model karyerası başlayır. Nüfuzlu müsabiqələrdən birində birinci yeri tutması bir fotomodel kimi onun karyerasında dönüş nöqtəsi olur. Tezliklə o, "Christian Dior", "Yves Saint Lauren", "Jil Sander", "Dolce&Gabana", "Armani" kimi məşhur ticarət markalarına məxsus geyim və ətriyyatı təqdim etməyə başlayır, "Vogue", "ELLE" və başqa parlaq dərgilərin üz qabığına çıxır. 1997-ci ildə fransız dilini yaxşı bilmədiyi üçün onun "Beşinci element" filminə çəkilməsi mümkün olmur. Məhz Lük Bessonun məsləhəti ilə o, modelliyi buraxaraq Parisə gedir və aktyor sənətini öyrənməyə başlayır. Debütü "Virtuoz" filmində (2002) baş tutur. Daha sonra "Nə hə, nə yox" (2002), "Necə istəyirsən" (2002), "Mişel Valiant" (2003) filmlərinə çəkilir. 2004-cü ildə aktrisa ilk dəfə Amerika filmində rol alır. Həmin il keçirilən kastinqdə 3000 aktrisadan üstün olan Dayanı "Troya" filminə çəkirlər. Bu filmdən sonra onu "Hollivudun tapıntısı" adlandırırlar.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Dayan_Kryuqer

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç