Stefani Mayer 24 dekabr 1973-cü ildə Hartford şəhərində (Konnektikut ştatı, ABŞ) anadan olub. O, uşaqlığını Arizona ştatının Finiks şəhərində iki bacısı və üç qardaşı ilə birlikdə keçirib. Gələcək həyat yoldaşı ilə yeniyetmə vaxtından görüşüb, 1994-cü ildə evləniblər. 1995-ci ildə Yutada Briqam Yanq Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi alıb. Hər il sıra ilə "Yeni Ay" (2006), "Eclipse" (2007), "Dawn" (2008) adlı romanları çıxıb. 2008-ci ilin may ayında o, böyük auditoriya üçün olan ilk romanını - "Qonaq qadın"ı yazır. Həmçinin 2012-ci ildə “Austenland” filminin prodüseri olub. O, əsasən 37 dilə tərcümə edilən və milyonlarla nüsxə ilə çap edilən "Alatoran" romanlar seriyasını yazandan sonra dünya şöhrəti qazanıb (kitabları dünya üzrə 100 milyon nüsxə ilə çap edilib).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stephenie_Meyer