Fernando Leon de Aranoa

Fernando Leon de Aranoa

Rejissor, ssenarist

BİOQRAFİYA
Fernando Leon de Aranoa 26 may 1968-ci ildə Madriddə (İspaniya) anadan olub. Erkən yaşlarından şəkil çəkir və incəsənətə böyük maraq göstərirdi. Ədəbiyyat üzrə də təhsil alıb. O, kiçik hekayələr yazırdı və hekayələri mükafata layiq görülüb. Bundan əlavə, reklam agentliyi üçün də rəsm çəkirdi. Ancaq karyerasında ssenarist kimi fəaliyyətə başladıqdan sonra bu işi buraxır. Antonio del, Realın rejissoru olduğu filmdə ilk dəfə ssenarist kimi özünü sınayıb. Daha sonra Leon de Aranoa bir çox mükafata layiq görülən “Sirenas” (1994) adlı qısa filmi ilə rejissor kimi debüt edib. “Familia” (1996) filminin həm ssenarisini yazıb, həm də rejissorluğunu edib. Bu onun ilk tammetrajlı filmidir. Bu film İspaniyada və dünyada bir çox mükafatlara layiq görülüb. Bu filmin ssenarisi bir çox ölkədə teatrda oyunlara qoyulub. 1998-ci ildə üç gəncin həyatından bəhs edən “Barrio” filmini çəkir. Film ona ən yaxşı rejissor nominasiyasında və ən yaxşı ssenari nominasiyasında bir çox mükafatlar gətirib. 2002-ci ildə Xavyer Bardemin baş rolunu oynadığı “Mondays in the Sun” filminin rejissoru oldu. Film ən yaxşı rejissor və ən yaxşı ssenarist kimi daxil olmaqla 5 mükafat qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Fernando_Le%C3%B3n_d...

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç