Eri Sandel

Eri Sandel

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Eri Sandel 5 sentyabr 1974-cü ildə Kaliforniyanın Kalabasas şəhərində (ABŞ) anadan olub. Atası yəhudi, anası amerikalıdır. Tukson şəhərində Arizona Media-İncəsənət Universitetini bitirib. Daha sonra kinematoqrafiya üzrə Cənubi Kaliforniya Universiteti nəzdində “Kino və Televiziya” məktəbində təhsil alıb. Ona şöhrət qazandıran əsas rejissor işi “Qərb sahilinin hekayəsi” adlı qısametrajlı filmdir. Sözügedən film Sandans kinofestivalı daxil olmaqla, dünyanın 150-ə yaxın film festivalına qatılıb. Karyerası ərzində cəmi 7 film ərsəyə gətirib. İşlədiyi əsas janrlar melodrama, komediya, dəhşət, sənədli film və fantaziyadır. Eri Sandel çəkdiyi "Qərb sahilinin hekayəsi" (2005) qısametrajlı filminə görə "Oskar" mükafatına layiq görülüb. "Sadəlövh" (2015), "Böyük planlar" ( 2011), "Canlı" (2007), "Vəhşi Qərbin Komediya şousu: 30 gün və 30 gecə" (2006), "Qərb sahilinin hekayəsi" (2005) kimi filmlərin və serialların müəllifidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://www.kinopoisk.ru/name/725446/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç