Cesika Alba

Cesika Alba

Aktrisa, prodüser

BİOQRAFİYA

Cesika Alba 28 aprel 1981-ci ildə Kaliforniyanın Pomona şəhərində (ABŞ) anadan olub. Atası ABŞ hərbi qüvvələrində xidmət etdiyinə görə uşaqlığı Missisipi, Biloksi, Texas və Del Rioda keçib. Hələ beş yaşı olanda Cessikanın kinematoqrafiyaya həvəsi yaranmışdı. İlk dəfə 12 yaşında aktyor dərnəyinə gedir və doqquz ay sonra agentliklə müqavilə bağlayır. 16 yaşında məktəbi bitirir və “Atlantic Yheatter Company Teatral" studiyasında kinematoqrafiya üzrə oxumağa başlayır. 1994-cü ildə “İtirilmiş düşərgə” televiziya filmində debütü baş tutur. Sonra Cessika reklam çarxları və filmlərdə çəkilməyə başlayır. Hollivud debütü “Öpülməmiş” romantik komediyasında olur. Ən böyük populyarlığı isə “Qara mələk” serialındakı baş rolundan sonra qazanır. Bu uğurlu rol üçün Ceyms Kemeron kimi peşəkar rejissorun kastinqindən keçib. 2000-ci ilin yanvarında Cessika tərəf-müqabili Maykl Uezerli ilə görüşür. Uezerli özündən 12 yaş kiçik Cessikaya evlənmək təklif edir və Cessika raılıq veriri. Lakin 2003-cü ildə onlar ayrılırlar. 2004-cü ildə "Fantastik dördlük" filminin çəkilişləri zamanı Cessika Keş Uorrenlə görüşməyə başlayır. 2007-ci ildə onlar nişanlanır və 2008-ci ilin mayında evlənirlər. 2008-ci ilin iyununda Cessikanın Onor Mari Uorren adlı qızı doğulur. 2011-ci ildə cütlüyün ikinci qızı, 2017-ci ildə oğlu dünyaya gəlir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Cessika_Alba

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç