Bencamin Uollfiş
Bəstəkar
Bencamin Uollfiş 1979-cu ildə avstraliyalı skripkaçı Elizabet Uollfiş və britaniyalı violonçel ifaçısı Rafael Uollfişin ailəsində dünyaya göz açıb. 5 yaşından piano çalmağı bacarır. 14 yaşında olanda ilk musiqi əsərini bəstələyib. Ən tanınmış əsərləri “Əzizim Vendi”, “Səhrada rəqs edən”, “O”, “Ülgüc üzərində qaçan 2049” filmlərinə yazdığı saundtreklər sayılır. 2017-ci ildə Farrel Uilyams və Hans Zimmerlə birgə “Qızıl Qlobus” mükafatına namizəd olub (“Gizli fiqurlar” adlı bioqrafik dramın musiqisinə görə). 2014-cü ildən etibarən Londonun Kral Musiqi Akademiyasının üzvüdür. Hans Zimmerin təsis etdiyi "Remote Control Productions" şirkəti ilə sıx əməkdaşlıq edir. Kino və video oyunlara saundtreklər yazır. Hazırda həyat yoldaşı Missi ilə Los-Ancelesdə yaşayır. 60-dan çox filmin musiqisinin müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Benjamin_Wallfisch