Meggi Smit 28 dekabr 1934-cü ildə İlfordda (Böyük Britaniya) anadan olub. Yeddi dəfə BAFTA mükafatının laureatı, iki dəfə “Oskar” mükafatı laureatı, dörd dəfə “Emmi” mükafatı laureatı olub. Britaniyanın nüfuzlu dövlət mükafatlarına layiq görülüb. Atası Oksford universitetinin professoru olub. Meggi Oksfordda təhsil alıb və ilk səhnə debütünü də burada edib. İlk peşəkar rolu teatrda “12-ci gecə” tamaşasında Viola rolu olub. Megginin Robert Stivensonla (həmin dövrün məşhur aktyoru) evliliyindən Kris Larkin və Tobi Stivens adlı iki oğlu var, hər ikisi aktyordur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Maggie_Smith