Meggi Cillenhol 16 noyabr 1977-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası Naomi Foner ssenarist, atası Stiven Cillenhol rejissor və prodüserdir. Böyük bacısı Ceyka Cillenhol aktrisadır. Kolumbiya universitetində oxuduğu illərdə Meggi teatrla maraqlanırdı. Bir müddət London Krallıq akademiyasında dram sənət sənəti ilə məşğul olub. 1990-cı illərin əvvəllərində aktrisa Nyu-Yorkda “Waterland” və “Təhlükəli qadın” filmində kiçik rolları ilə debüt edib. Bir neçə ildən sonra isə “Cecil B. DeMented” (2000) və “Donnie Darko” (2001) filmlərində çəkilib. Ancaq bu filmlərdə ikinci dərəcəli rollarda oynayıb. Meggi Cillenholun ən uğurlu rolu “Katibə” erotik filmində olub. Bu filmdəki roluna görə aktrisa “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. 2015-ci ildə aktrisa “The Honourable Woman” serialındakı roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülüb. 2 may 2009-cu ildə Meggi aktyor Piter Sarsqaarda ərə gedib. Cütlüyün iki qızı var - Ramona (2006) və Qloriya Rey (2012).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Maggie_Gyllenhaal