Malin Akerman 12 may 1978-ci ildə Stokholmda (İsveçrə) anadan olub. Malinin iki yaşı olanda ailəsi Torontoya (Kanada) köçüb. Məktəbi bitirdikdən sonra York universitetində təhsil alıb. 17 yaşında “Ford Models” agentliyində modellik karyerasına başlayıb. Sonra Kaliforniyaya köçür və aktyorluq karyerasına başlayır. Akerman aktyorluqdan əvvəl teleşoularda iştirak edib. Sonra “Qayıdış” serialında çəkilib və aktrisaya uğur gətirib. Bundan sonra aktrisa bir çox filmlərə və seriallara dəvət alır. Onun, əsasən, komediya janrında olan filmlərdə uğurlu işləri olub. 2009-cu ildə “Watchmen” filmində rol alıb. 20 iyun 2007-ci ildə Akerman təbilçi Robert Tsinkonla evlənib. 2013-cü ildə isə boşanıblar. Onların Sebastyan adlı oğulları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Malin_%C3%85kerman