Ceff Renfro

Ceff Renfro

Ssenarist

BİOQRAFİYA

Ceff Renfro amerikalı rejissor, ssenarist, prodüser və montajçıdır. İlk dəfə kinematoqrafiyada 2003-cü ildə rejissorluğunu etdiyi fantastik triller “One Point O” filmi ilə tanınıb. Film 2004-cü ildə “Sundance” festivalında əsas mükafata layiq görülüb, həmçinin bir neçə digər beynəlxalq kinofestivallarda mükafatlara sahib olub. 2006-cı il, aprelin sonunda “Tribeca” festivalında onun növbəti filmi nümayiş olunur. Bundan sonra Renfro bir neçə il ərzində öz peşəkar bacarıqlarını seriallarda (“Seven Deadly Sins”, “Haven”, “Being Human”, “He Loves Me”) təkmilləşdirir. 2013-cü il aprelin 26-da ssenaristi olduğu “The Colony” filminin premyerası baş tutur. Bu isə Ceff Renfronun Böyük ekrana qayıdışı demək idi. Renfronun növbəti layihəsi məşhur aktyor, sürücü, milyonların sevimlisi Stiv MakKuin haqqında çəkdiyi sənədli bioqrafik film olub. Ceff Renfro yazıçı və ssenarist Dian Rayt ilə birlikdə “Milk Boss İndustries” şirkətinin rəhbəridir. Şirkət bədii və sənədli filmlərin, televiziya və internetdə yayımlanan serialların istehsalı ilə məşğul olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino-teatr.ua/person/renfroe-jeff-6270.phtml
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç