Sergey Bodrov

Sergey Bodrov

Rejissor

BİOQRAFİYA
Sergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda (Rusiya) anadan olub. Karyerasına jurnalist kimi başlayıb. 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenaristlik fakültəsini bitirib. Elə həmin ildə də Kommunist Partiyasına üzv olub. 1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz"). Sonralar onun ssenariləri əsasında 20-dən çox film çəkilib. Sergey Bodrov 1980-ci illərdə özünü rejissor kimi sınamağa başlayır və "Otun içində şirə" (1984), "Qeyri-peşəkarlar" (1985) (Turində keçirilən festivalda münsiflər heyətinin xüsusi mükafatını qazanıb), "Mən sənə nifrət edirəm" (1986), "Dələduz" (1989) və "SER" (1989) filmlərini çəkir. Sergey Bodrov 90-cı illərdə ABŞ-a köçür və orada öz həyat yoldaşı Karolin Kavalero ilə birlikdə işləməyə başlayır. O, 1992-ci ildən Los-Ancelesdə yaşayır və işləyir. Birinci Çeçen-Rus müharibəsi barədə çəkdiyi "Qafqaz əsiri" filmi 1997-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyası da daxil olmaqla beş nominasiyada "Nika" mükafatını əldə edib. Film bundan əlavə, "Ən yaxşı xaridi dilli film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub. Sergey Bodrov bir neçə hekayə və felyetonlar toplusunun müəllifidir. 1991-ci ildə Fransada onun "Azadlıq = cənnət" adlı kitabı nəşr olunub. Oğlu - aktyor və kinorejissor Sergey Bodrov (kiçik) (1971-2002) rejissoru olduğu "Rabitəçi" filminin çəkilişi zamanı Şimali Osetiyadakı Karmadon dərəsində buz uçqunu zamanı həlak olub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sergey_Bodrov_(ata)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç