Ceyms Marş

Ceyms Marş

Rejissor

BİOQRAFİYA
Ceyms Marş 30 aprel 1963-cü ildə Kornuollda (Böyük Britaniya) anadan olub. Marş Oksford universitetini ingilis dili ixtisası üzrə bitirib. İki qızı və arvadı ilə birlikdə Kopenhagendə (Danimarka) yaşayır. Onun rejissorluq karyerası BBC üçün çəkilən bir neçə sənədli filmlə başlayıb. Onun ilk sənədli filmi “TroublemanThe Last Years of Marvin Gaye” idi. "The King" filmi 2005-ci ildə "Xüsusi baxış " proqramı çərçivəsində Kann Film Festivalında nümayiş olunub. 2008-ci ildə “Man on a Tightrope” adlı sənədli filmi nümayiş olunub. Film "Ən yaxşı tammetrajlı sənədli film" kimi “Oskar”, BAFTA və bir çox mükafatlara layiq görülüb. 2011-ci ildə“Project Nim” adlı sənədli filmi BAFTA mükafatına layiq görülüb. 2014-cü ildə “The Theory of Everything” filmi işıq üzü görür və film bir çox mükafatlarla yanaşı, “Oskar” mükafatına da layiq görülür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/James_Marsh_(director)

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç