Zak Braff
Aktyor, rejissor, ssenarist, prodüser
Zakari Israel (Zak) Braff 6 aprel 1975-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Saus-Oranc qəsəbəsində yəhudi ailəsində anadan olub. Atası - Hel Braff hüquqşünas və professordur, anası kliniki psixoloq kimi fəaliyyət göstərib. Zak uşaq olanda valideynləri boşanıb və yeni ailələr qurublar. Zak ailənin sonbeşiyidir. Qardaşları Coşua və Adam Cey Braff da kino sahəsində çalışır, bəzən onların yazdığı ssenarilər əsasında çəkilmiş filmlərdə oynayır. Bacısı isə modelyerdir. Zak mətbuata verdiyi açıqlamada, uşaqlığından bəri kinematoqrafiya ilə məşğul olmağı arzuladığını bildirib. 10 yaşında olanda həkimlər ona “obsessiv-kompulsiv pozuntu” diaqnozunu qoyub. "Melvud" orta məktəbində oxuyub. Təhsil aldığı illərdə məktəbin radiostansiyasında fəaliyyət göstərib. 1993-cü ildə İllinoys ştatının Şimal-Qərb Universitetinə daxil olub. 1997-ci ildə həmin təhsil müəssəsində kinematoqrafiya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Kollecdə oxuduğu illərdə Fi Kappa Psi qardaşlığının üzvü olub. “Xəstəxana” teleserialında oynadığı Con Dorian rolu ona məşhurluq gətirib. Bir neçə dəfə Zak “Emmi” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. Zak xeyriyyəçi insandır. Autizmə qarşı dərman vasitələrinin hazırlanması üzərində çalışan elmi-tədqiqat mərkəzini maliyyələşdirir. “Sağ qalmaq” serialının fanatıdır. “Bağlar diyarı” filminin çəkilişləri zamanı Bonni Sommervillə görüşüb. 2004-cü ildə müğənni və aktrisa Mendi Murla eşq macərası yaşayıb. 2007-ci ildə isə Zak Braff aktrisa Şiri Epplbi ilə görüşüb. 2009-2014-cü illərdə Teylor Beqli ilə vətəndaş nikahında olub. Zak eyni zamanda məktəb illərindən tanıdığı müğənni Lorin Hillə dostluq edir. Eyni zamanda Donald Feyson da onun yaxın dostudur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B0%D1%84%D1%84,_%D0%97%D0%B0%D0%BA