Lori Metkalf 16 iyun 1955-ci ildə
Karbondeyldə (İllinoys ştatı, ABŞ) anadan olub. Amerikalı aktrisa “Emmi” və “Toni” mükafatları laureatıdır. Ona ən çox məşhurluğu “Rozanna” serialındakı rolu gətirib. “Oyuncaqların hekayəsi” cizgi filminin səsləndirilməsində iştirak edib. İki dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub. 1983-cü ildən 1992-ci ilə kimi Lori aktyor Ceff Perri ilə evli olub. Onların Zoi Mişel adlı qızı var. 2005-2014-cü illərdə hələ 1993-cü ildən sevgili olduğu aktyor Mett Rotla evli olub. Bu nikahdan onun üç uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Laurie_Metcalf