Elizabet Makqovern

Elizabet Makqovern

Aktrisa

BİOQRAFİYA
Elizabet Makqovern 18 iyul 1961-ci ildə Evanstonda (İllinoys ştatı, ABŞ) anadan olub. Sonra atasının işi ilə bağlı Los-Ancelesə (ABŞ) köçürlər. Elizabet hələ məktəbdə oxuyarkən teatr səhnəsinə çıxırdı. Sonra San-Fransiskoda aktyorluq dərsləri almağa başlayır. Nyu-Yorkda Curyard məktəbini bitirib. Makqovern ilk rolu ilə diqqətləri üzərinə çəkməyi bacarır. 1980-ci ildə Robert Redford onu “Ordinary People” filmində çəkilməyə dəvət edir. Aktrisa “Ragtime” filmindəki roluna görə “Oskar” mükafatına namizəd göstərilib. 1992-ci ildən Makqovern britaniyalı rejissor və prodüser Saymon Körtislə evlidir. Onların Matilda və Qrey adlı iki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elizabeth_McGovern

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç