Töhfə Əzimova
Aktrisa
Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakıda doğulub. Əsl sənəti fortepiano müəlliməsi oub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub. Aktrisa kimi iki filmdə yaddaqalan obraz yaradıb: "Əhməd haradadır" filmində Leyla və "Qızmar günəş altında" Nərminə rolu. Lakin həyat yoldaşı qısqanc olduğundan sənətdən uzaqlaşıb. Töhfə Əzimova çox gənc ikən dul qalıb. Həyat yoldaşı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtoqəza keçirib və həlak olub. 31 yaşlı Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib. 4 fevral 2003-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: