Səyavuş Aslan

Səyavuş Aslan

Aktyor

BİOQRAFİYA
Aslanov Səyavuş Məmmədağa oğlu - Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biridir. O, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Azərbaycanın Xalq artisti idi (1982). 1947-1953-cü illərdə Atamoğlan Rzayev, Ağadadaş Qurbanov, Qurban Musayev, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət Musiqili Komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Məşhur aktyor Rza Əfqanlının qızı Ofeliya Aslanla evli olub. Bu izdivacdan onların Eldar və Çingiz adlı iki oğlu doğulub. Lakin cütlük sonradan ayrılıb. Amma Ofeliya Aslanla boşansa da, ömürlərinin sonunadək bir evdə yad adamlar kimi yaşayıblar. Keçmiş həyat yoldaşının vəfatından cəmi 3 il sonra Səyavuş Aslan 27 iyun 2013-cü ildə vəfat edir. II Fəxri Xiyabanda dəfn edilib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/S%C9%99yavu%C5%9F_As...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç