Drü Berrimor

Drü Berrimor

Aktrisa

BİOQRAFİYA
Drü Berrimor 26 fevral 1975-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Drü Berrimor aktyor ailəsində anadan olub. Ailələrində kino aktyorluğu ənənəvi olaraq davam edib. İki əsrə yaxındır, Berrimor ailəsindən bir çox kino aktyorları çıxıb. Karyerasına 11 aylıq ikən it yeməyi reklamında çəkilməklə başlayıb. İlk filmi 1980-ci ildə "Dəyişilən dövlətlər" olub. 1982-ci ildə Stiven Spilberqin "Yadplanetli" filmindəki rolu ilə məşhurlaşır. 1984-cü ildə çəkilən “Irreconcilable Differences” filmindəki rolu ilə “Qızıl Qlobus”a namizəd olan Berrimor yeniyetmə yaşında qazandığı şöhrəti qaldıra bilməyib. Doqquz yaşında siqaret və alkoqol istifadəsinə başlayıb. 10 yaşında marixuana istifadə etməyə başlayır. 12 yaşında isə artıq kokaindən asılı vəziyyətə gəlir. Məhz bu xüsusiyyətləri üzündən pis qız imicinə sahib olub. Drü Berrimor rollarından daha çox şəxsi həyatı ilə xatırlanırdı. 1995-ci ildə “Qışqırıq” filmində rol alır və bu film uzun müddət kinoda müvəffəqiyyətə həsrət qalan Berrimor üçün yeni başlanğıc olur. Bu filmdən sonra bir çox romantik komediya filmlərində oynayıb. "The Wedding Singer", "Never Been Kissed", "50 First Dates", "Music and Lyrics" kimi filmlər ona müvəffəqiyyət qazandırıb. “Çarlinin mələkləri” və “Donni Darko” filmlərində həm aktrisa kimi rol alıb, həm də prodüserlik edib. 16 yaşında Berrimor Hollivud prodüseri Lelend Heyuordun nəticəsi Lelend Heyuordla nişanlanır. Bir neçə ay sonra nişan pozulur. Berrimor 1992-1993-cü ildən musiqiçi və aktyor Ceymi Uolterslə nişanlanır və cütlük bir yerdə yaşamağa başlayır. 1994-cü ildə 19 yaşlı Berrimor Los-Ancelesdəki barlardan birinin sahibi olan Ceremi Tomasa ərə gedir. İki ay sonra Berrimor boşanmaq üçün ərizə verir və cütlük rəsmi olaraq 1995-ci ilin fevralında boşanır. 1994-cü ilin sonundan 1999-cu ilə qədər Berrimor "Hole" qrupunun gitaraçısı Erik Erlandsonla görüşür. Həmin il aktyor Tom Qrinlə tanış olur. Berrimor və Qrin 2000-ci ildə nişanlanır və 7 iyul 2001-ci ildə evlənirlər. Onlar birlikdə "Çarlinin mələkləri", həmçinin Qrinin rejissor kimi debüt filmi olan "Rədd ol, Freddi" filmlərində görünüblər. 2001-ci ilin dekabrında Qrin boşanmaq üçün ərizə verir və cütlük 15 oktyabr 2002-ci ildə rəsmən boşanır. 2002-2010-cu illər arası Berrimorun daha iki "romanı" olur. 2011-ci ildə "Chanel" şirkətinin keçmiş direktoru Ari Kopelmanın oğlu, art-məsləhətçi Uill Kopelmanla görüşməyə başlayır. 2012-ci ildə cütlük evlənir. Onları iki qızı var. 2016-cı ildə Berrimor və Kopelman ayrıldıqlarını elan edirlər. Berrimor etiraf edir ki, həmişə özünü biseksual hiss edib. O, Kurt Kobeyn və Kortni Lavın qızı Frensis Bin Kobeynin xaç anasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Dr%C3%BC_Berrimor

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç