Ced Kurzel

Ced Kurzel

Bəstəkar, müğənni

BİOQRAFİYA

Ced Deniel Kurzel – avstraliyalı müğənni, gitaraçı və bəstəkardır. Böyük qardaşı Castin Kurzel kinorejissor və ssenaristdir. Kurzel 1976-cı ildə Avstraliyada anadan olub. Uşaqlığı Qoler şəhərində keçib. Atası Zdislav Kurzel (1946-2006) Polşada anadan olub və 60-cı illərdə Avstraliyaya mühacirət edib. Avstraliyada taksi sürücüsü işləməklə ailəsini dolandırıb. Ced 90-cı illərdə Sidneyə köçüb. 2001-ci ildə Entoni Consenlə birlikdə “The Mess Hall” rok/blüz duetini təsis edib. Kurzel həmin duetin əsas vokalisti və gitaraçısı kimi çıxış edib. Onların debüt albomu 2003-cü ilin iyul ayında işıq üzü görüb. OnlarınDevils Elbow” adlı üçüncü albomu Avstraliya Musiqi Mükafatına layiq görülüb. 2011-ci ildə Kurzel qardaşı Castinin rejissor debütü sayılan “Qarlı şəhər” filminə musiqi yazıb. Elə həmin il yazdığı saundtrekə görə "APRA-AGSC" musiqi mükafatlandırma mərasimində xüsusi mükafatla təltif olunub. Kurzel bundan başqa, “Silahın oğlu”, “Qatillərin kredosu”, “Yadplanetli” kimi blokbasterlərin musiqisinin müəllifidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jed_Kurzel

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç