Kristina Hendriks

Kristina Hendriks

Aktrisa

BİOQRAFİYA
Kristina Hendriks 3 may 1975-ci ildə Noksvill şəhərində (Tennisi ştatı, ABŞ) doğulub. Aktrisanın ABŞ və Britaniya vətəndaşlığı var. O, bir çox teleseriallarda və şoularda iştirak edib. Bunlara misal olaraq, “Təcili yardım” və “Firefly” seriallarını göstərmək olar. O, “Angel”, “Miss Mart”, “Condemnation” seriallarında epizodik rollarda çəkilib. Onun ən məşhur rolu “Madmen” dramındakı Coan Holliuey obrazıdır. Bu rola görə o, 2010-cu ildə “Emmi” mükafatına layiq görülüb. 11 oktyabr 2009-cu ildə aktyor Ceffri Arendlə evlənib. 4 mart 2012-ci ildə sosial şəbəkələrdə aktrisanın intim fotoları yayılıb. Ancaq aktrisa şəkillərin ona məxsus olmadığını deyib. Sonra o, telefonun şifrəsinin sındırılması ilə bağlı polisə müraciət edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Christina_Hendricks

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç