Brayana Eviqan

Brayana Eviqan

Aktrisa

BİOQRAFİYA
Brayana Eviqan 24 oktyabr 1986-cı ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) doğulub. O, Pamela və Greq Eviqanın ailəsində üçüncü uşaq idi. Qardaşı Ceyson "After Midnight Project" qrupunda müğənni, bacısı Vanessa Li isə aktrisadır. Brayananın atası, həm də anası incəsənət sahəsində çalışır. Atası müğənni, bəstəkar, aktyor, anası aktrisa, model və rəqqasədir. Valideynlər sevimli və gənc qızlarının hər addımını yaxından izləyirlər. Brayana peşəkar rəqqasə və xoreoqrafdır. Məktəbi bitirdikdən sonra 2004-cü ildə “Valley College”ə daxil olur. Məktəbdə “Moorish Idol” pank-rok qrupunun yaradıcılarından biri olur. 2010-cu ildə 1980-cı ilin “Analar günü” filminin eyniadlı remeykində Ceymi Kinq və Aleksa Veqa ilə çəkilib. 2012-ci ildə “The Devil's Carnival” filmində bu dəfə də Eviqan və Aleksa Veqa çəkiliş meydanında tərəf müqavili olub. 2014-cü ildə Eviqan “Addım at” filmlərinin beşinci hissəsində  “Addım At: Hər Şey, ya da Heç Nə” filmində Endi Uest rolunu ifa edib. 2009-cu ilə kimi “Wicker” qrupunun üzvü Maks Neşlə görüşüb. 2009-cu ildən amerikalı aktyor Patrik Flügerlə görüşür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Briana_Evigan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç