Ceymi Kinq

Ceymi Kinq

Aktrisa

BİOQRAFİYA

Ceymi Barbara Kinq 23 aprel 1979-cu ildə ABŞ-ın Nebraska ştatının Omaha şəhərində anadan olub. Valideynləri ona “Bionik qadın” teleserialının məşhur personajı Ceymi Sommersin adını qoyub. Habelə model işinə girişdikdən sonra özünə Ceyms adını götürməli olub, belə ki, işlədiyi agentlikdə artıq Ceymi adlı model var idi. Ceyminin kinoda ilk rolu “Yay əyləncələri” filmində Piksel rolu olub. Daha çox “Günahlar şəhəri” trilleri, “Topdan daha ucuzdur 2” komediyası, “Mətbəx sirləri” serialında oynadığı rollarla məşhurlaşıb. Model karyerası ərzində və aktrisa karyerasının ilk dönəmlərində Ceyms Kinq təxəllüsündən istifadə edib. Titrlarda Ceyminin adı Cemys Kinq kimi təqdim olunub. Ardınca ən reytinqli filmlərdə olan, baş rollara Conni Depp və Penelopa Kruzun oynadığı “Kokain” bioqrafik kriminal dramına çəkilir. 2004-cü ildə “Ağ Ləçərlər” komediyasına Hezer roluna çəkilib. 2005-ci ildə Frenk Millerin “Günahlar şəhəri” qrafik novellasının eyniadlı adaptasiyasının çəkilişlərində iştirak edib. Həmin il Ceyminin iştirakı ilə daha iki film: “İki nəfərlik pullar” (tərəf-müqabilləri Al Paçino və Mettyü Makkonahi kimi ulduzları olub) və “Topdan daha ucuz başa gəlir 2” filmi ekranlara çıxır. 2008-ci ildə Ceymi Kinq yenidən Frenk Millerlə əməkdaşlıq edir. Bu dəfə “Qisasçı” filmində Loreley adlı personajı canlandırır. 2009-cu ildə Censen Eklsla birgə “Mənim qanlı Valentin günüm” qorxu filmi ekranlara çıxır, orada Sara Palmer rolunu oynayır. Ceymi bundan başqa “Analar günü” (2010), “Qırmızı quyruqlar (2012), “Sakit gecə” (2012), “Günahlar şəhəri 2” (2014), “Xüsusi təhlükəli” (2015) filmlərində ikinci dərəcəli rolları oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%BD%D0%B3,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D0%B8

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç