Rebekka De Morney 29 avqust 1959-cu ildə Kaliforniyanın Santa-Rosa şəhərində (ABŞ) anadan olub. Valideynləri Corc Uolter Pirç və Culi İger boşanıblar, De Morney soyadını o, atalığından götürüb. Məktəbi bitirdikdən sonra Rebekka Los-Ancelesdə teatr institutunda oxuyub. De Morney 1982-ci ildə “Səmimi qəlbdən” filmində epizodik rola çəkilməklə kinodebütünü həyata keçirib. Daha sonra “Riskli biznes”, “Qaçaq-qatar” , “Tanrı qadını yaratdı”, “Alovlu burağan” və digər filmlərə çəkilir. Ona məşhurluq gətirən rol 1992-ci ildə “Beşiyi yelləyən əl” filmində oynadığı Missis Mott rolu olub. 1993-cü ildə “Üç muşketyor” filmində Ledi Vinter rolunda çıxış edib. 2010-cu ildə “Analar günü” filmində baş rola çəkilib. 2013-cü ildə “Hetfild və Makkoylar nəsli” tarixi hərbi dram serialında mərkəzi rollardan biri ona nəsib olub. De Morney iki dəfə ərdə olub. 1989-1991-ci illərdə Brüs Vaqnerlə evli olub. İkinci əri Patrik Onillə nikahı isə 1995-ci ildən 2002-ci ilə kimi davam edib. Həmin nikahdan 2 qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rebecca_De_Mornay