Qari Şor

Qari Şor

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA
Qari Şor 1981-ci ildə Dublində (İrlandiya) anadan olub. 2006-ci ildə Qari Şor qısametrajlı “The Draft” qorxu filminin rejissoru olub. “The Cup of Tears” filminin treylerini yaratması ilə diqqətləri özünə cəlb edən Qari “Working Title Films”lə müqavilə imzalayır, bir müddət sonra isə “Universal” şirkəti ilə müqavilə imzalayır. Məhz “Universal” Qarinin rejissor kimi debüt işi olan “Drakula” filmini çəkib. “Universal” ilk olaraq rejissor işini Aleks Proyasa həvalə etmək və çəkilişləri Avstraliyada etmək istəsə də, bu çox böyük xərclər tələb etdiyi üçün filmin çəkilişləri yarımçıq saxlanılır və Proyas layihəni tərk edir. 2012-ci ilin qışında Qari Şor filmdə rejissor kimi iştirak etmək mövzusunda studiya ilə danışıqlara başlayır. 2013-cü ilin mayında isə rəsmi olaraq Şorun “Drakula” filminin rejissoru olacağı açıqlanır. Çəkilişləri Şimalı İrlandıyada olan filmdə baş rolu Lük Evans canlandırıb. Film ABŞ-da 1 oktyabr 2014-cü ildə ekranlara çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Gary_Shore



FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç