Klovis Korniyak

Klovis Korniyak

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Klovis Korniyak 16 avqust 1967-ci ildə Lion şəhərində (Fransa) aktyor ailəsində anadan olub. 14 yaşından dram sənətini öyrənməyə başlayıb və bununla yanaşı serial və filmlərdə rol alıb. 1985-ci ildə o, özünün ilk baş rolunu “Qanundan kənar” filmində oynayıb.
1999-cu ildə Klovis Tom Vinsentin “Karnaval” filmində əsas rollardan birini canlandırıb. Bundan sonra həm tamaşaçıların, həm də kinematoqrafçıların diqqətini cəlb etməyi bacarır. Bu rola görə 2000-ci ildə Korniyak “Sezar” mükafatına "Ən perspektivli yeni aktyor" kateqoriyası üzrə namizəd göstərilib. Korniyak 2001-ci ildə çəkilən Artyu de Pengernin “Qreqori Mulen bəşəriyyətə qarşı” komediyasına çəkilərək uğurlarının davamını gətirir. Aktyor həmçinin 2008-ci ildə “Müffətiş Bellami” filmində əsas rollardan birini canlandırıb. Klovis Korniyak 1994-cü ildə aktrisa Kerolayn Prustla evlənir. 2001-ci ildə cütlüyün əkiz qızları doğulur. Onlar 2010-cu ildə boşanırlar. 2009-cu ildən fransız aktrisası Lilu Folyi ilə münasibətdədir. 2013-cü ildə onların Nino adlı oğulları doğulur. Cütlük 2013-cü ildə evlənir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Clovis_Cornillac

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç