Eleanor Odli 19 noyabr 1905-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Karyerasına radio aktrisası kimi başlayıb. 1940-50-ci illərdə fəal şəkildə Hollivuda "Escape" və "Suspense" kimi radio şoularda və “Mənim sevimli ərim”, “Ata ən yaxşısını bilir” seriallarının radio versiyalarında çıxış edib. 1935-ci ildə Odli Ceyms Stüartın iştirakı ilə “The Six Shooter”sin layihəsi olan “Sindirella” hekayəsində ögey ana rolunu oynayıb. Odli həmçinin 1959-cu ildə “Yatmış gözəl” cizgi filmində zalım cadugər Malefisentanı da səsləndirib. 1950-ci illərdə vərəmdən müalicə alan aktrisa Malenfisentanı səsləndirməkdən imtina etmək istəsə də, sonda fikrini dəyişir. Aktrisa 25 noyabr 1991-ci ildə nəfəs çatışmazlığından Kaliforniyadakı evində vəfat edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eleanor_Audley