Castin Timberleyk

Castin Timberleyk

Müğənni, aktyor

BİOQRAFİYA

Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfisdə (Tennessi ştatı, ABŞ) anadan olub. Timberleyk ingilis, alman, fransız və ehtimal olunur ki, hindu köklərinə malikdir. Dörd "Emmi", doqquz "Qremmi" mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə "N Sync" qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu "FutureSex/LoveSounds" isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb. 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşıb. Beləliklə, o, məhz burada sonralar sevgilisi olan Britni Spirs və Kristina Agilera ilə tanış olur. 1995-ci ildə "N Sync" adlı qrup yaradır. 2000-ci ildə "No strings attached" albomu həmin illərin ən tez satılan albomlarından biri olub. 2002-ci ildə "Celebrity" albomunu yayımladıqdan sonra qrup fəaliyyətində bir az fasilə verməyi qərara alır. O, boş dayanmaq istəmir və özünün solo albomunu hazırlamağa başlayır. O, bu albomu ilə yeniyetmələrə xitab edən, gənc qızların sevgilisi imicini qazanan, həm musiqi, həm də görünüş mənasında daha yaraşıqlı bir imic qurmağı hədəfləmişdi. 2002-ci ilin mart ayında uzun müddət sevgili olduğu Britni Spirsdən ayrılır. Bu ayrılıq ona çox pis təsir edir və o, ürəyini "alboma boşaldır". O, "Cry me a river" adlı musiqisini Britni üçün yazıb. Sözü gedən musiqinin klipində diqqət çəkən daha bir məqam var: klipdə rol alan qız Britniyə oxşayır. 2004-cü ildə "Qremmi" mükafatını qazandıqdan sonra musiqi karyerasında bir az fasilə verir, bu dəfə daha çox kino karyerasına meyllənir. Bu dövrdə çəkdiyi filmlərdən ən vacib rolunu "Edison" filmində oynadığı jurnalist rolu olur. Rol aldığı filmlər bunlardır: "Alpha Dog", "Black Snake Moan" və sair. O, "Şrek 3" filminin səsləndirilməsində də yer alıb. 2003-cü ildə Timberleyk aktrisa Kemeron Diasla görüşməyə başlayır. 2007-ci ildə cütlük ayrıldığını elan edir. 2007-ci ilin fevralından Castin Cessika Billə görüşməyə başlayır. 2011-ci ildə onlar ayrılsalar da, bir neçə ay sonra barışır və 19 oktyabr 2012-ci ildə İtaliyada evlənirlər. 2015-ci ilin aprelində cütlüyün Saylas Rendall Timberleyk adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Castin_Timberleyk

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç