Ceff Qoldblüm

Ceff Qoldblüm

Aktyor

BİOQRAFİYA
Ceff Qoldblüm 22 oktyabr 1952-ci ildə Pittsburqda (Pensilvaniya ştatı, ABŞ) doğulub. Ceffin Pamela adlı bacısı və Li adlı böyük qardaşı var. Bir qardaşı Rik isə 23 yaşında vəfat edib. Ceffin valideynləri şou-bizneslə maraqlanırdılar, ona görə də onun 17 yaşı olanda Nyu-Yorka köçürlər. O, məşhur “Neighborhood Playhouse” məktəbində aktyorluq dərsləri alıb. “Broadway” səhnəsində onun debütü "İki veroniyalı" pyesi əsasında olub. Qoldblüm həm də təcrübəli caz pianoçusudur. Aktyor olmasa, musiqiçi ola biləcəyini də özü qeyd etmişdi. Ceff Qoldblüm üç dəfə evlənib. 1980-ci ildən 1986-cı ilə kimi Patrisya Qoulla evli olub. Sonra Cin Devislə evlənir (“Fly” filmində onlar baş rolları paylaşıblar). Cinlə evliliyi isə cəmi üç il çəkib. 8 noyabr 2014-ci ildən Ceff toya qədər üç il görüşdüyü gimnast Emili Livinqstonla evlidir. Onların iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jeff_Goldblum

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç