Salman Dadaşov - Azərbaycan aktyorudur. 20 iyun 1922-ci ildə Bakıda, İçərişəhərdə neft maqnatı Yusif Dadaşov və Xeyrülnisə xanımın ailəsində anadan olub. Salmangil üç qardaş olublar: Süleyman, Salman və Məlik. Aktyor Məlik Dadaşovun qardaşıdır. Aktyor Rəfael Dadaşovun əmisidir. Müğənni Brilyant Dadaşovanın əmisidir. 1942-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1951-ci ildə ADİİ-ni (indiki ADMİU) bitirib. Əmək fəaliyyətinə 1939-cu ildə başlayaraq müxtəlif mədəniyyət qurumlarında çalışıb, bəzi filmlərdə çəkilib. "Onun böyük ürəyi" filmində Oqtay rolunu ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub. “Vulkan üzərində ev” (1929), “Uzaq sahillərdə” (1958), “Koroğlu” (1960), “İyirmialtılar” (1966) filmlərində rol alıb. Peşəkar qrimə allergiyası olduğuna görə kinoya çəkilməkdən imtina edib. Həyat yoldaşı Yelena Dmitriyevna Moskvada tələbə olarkən evlənib. Yelena xanım Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının müəlliməsi olub (pianoçu). Cütlüyün bir qızı (Nərgiz Dadaşova, Bakıda yaşayır) və bir oğlu var (Əli Dadaşov, İsveçrədə yaşayr). 20 sentyabr 1986-ci ildə vəfat edib. Buzovna qəbiristanlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Salman_Dada%C5%9Fov