Con Boyeqa

Con Boyeqa

Aktyor, prodüser

BİOQRAFİYA
Con Boyeqa 17 mart 1992-ci ildə Pekhemdə (London, İngiltərə) Nigeriya əsilli ailədə dünyaya gəlib. Vestminster şəhər məktəbini və Cənubi Temza kollecini bitirib. Hakli Teatr məktəbində təhsil alıb. Pekhem və Milli teatrın aktyoru olub, 2010-cu ildə “Otello” tamaşasında baş rolu oynayıb. 2011-ci ildə televizyida debüt edib. 2012-ci ildə “Rayonda yad adamlar” filmindəki roluna görə "Ən yaxşı aktyor" kateqoriyası üzrə “Black Reel Awards” mükafatına layiq görülüb. 2013-cü ildə “Sarı günəşin yarısı” filmində ikinci plan rolu canlandırıb. 2015-ci ildə “Ulduz müharibələri: Gücün oyanması” filmində Finn rolunu canlandırıb. 2017-ci ildə isə həmin filmin davamı kimi çəkilən “Ulduz müharibələri: Sonuncu Ceday” filmində rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Boyega

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç