Castin Barta

Castin Barta

Aktyor

BİOQRAFİYA

Castin Barta 21 iyul 1978-ci ildə Fort-Loderdeyldə (Florida ştatı, ABŞ) yəhudi ailəsində, daşınmaz əmlak agenti Stiven Barta və müəllimə Betti Bartanın ailəsində dünyaya gəlib. Castinin səkkiz yaşı olanda ailəsi Qərbi Blumfildə (Miçiqan ştatı) köçüb. 15 yaşındaykən tennis oynayanda biləyini sındırdıqdan sonra aktyorluğa maraq göstərməyə başlayıb. “Yay yuxusu" tamaşasında rol aldıqdan sonra özünün şəxsi uşaq teatr qrupunu yaradır. Burada oxuduğu məktəbin 15-ə yaxın şagirdi iştirak edirdi. Teatrda uşaqlar tamaşa qoyur, uşaq xəstəxanalarında və milli məktəblərdə çıxış edirdilər. Bundan sonra Castin Detroytda, nyu-yorklu müəllimdən aktyorluq dərsləri alır. 1996-cı ildə məktəbi bitirdikdən sonra Nyu-Yorka köçür və universitetə daxil olur. Çəkildiyi “Hangover” film seriyaları ilə şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Justin_Bartha

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç