Riçard Sammel

Riçard Sammel

Aktyor

BİOQRAFİYA
Riçard Sammel 13 oktyabr 1960-cı ildə Heydelberq şəhərində (Almaniya) doğulub. Fransada aktyorluq və rejissorluq kursları keçib. Sonra təhsilini Romada (İtaliya) davam etdirib. 1989-cu ildə Romada teatr rejissoru Corc Barberio ilə birliktə işləyib. 1993-cü ildə İtaliyadan Parisə qayıdıb. Fransa, Kanada, Avstriya, Almaniya, Böyük Britaniyanın teatr səhnələrində oynayıb. 1991-ci ildə “Sekta” trilleri ilə kinoda debüt edib. 1998-ci ildə “Taksi” filmində rol alıb. 2000-ci ildə “Komisar Reks” teleserialında da Yohan Sedlik rolunu oynayıb. 2014-cü ildə Qilyermo del Toronun “Ştamm” serialında oynadığı rola görə ən yaxşı ikinci dərəcəli aktyor olaraq “Saturi” mükafatına layiq görülüb. İngilis, fransız, italyan və ispan dillərində sərbəst danışır. Hal-hazırda sevgilisi və oğlu ilə birlikdə Berlində (Almaniya) yaşayır. Aktyorun əvvəlki münasibətlərindən 2 qızı da var.


Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Richard_Sammel

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç