Kevin Klayn

Kevin Klayn

Aktyor

BİOQRAFİYA

Kevin Klayn 24 oktyabr 1947-ci ildə Sent-Luisdə (Missuri ştatı, ABŞ) anadan olub. Aktyorluq və ümumhumanitar sahələri üzrə təhsil alıb. İndiana universitetində dram sənəti, musiqi və pantomima üzrə təhsil alıb, Culiyard dram məktəbini bitirib. Gəncliyində teatr tamaşalarında çıxış edib. Üç dəfə ən prestijli teatr mükafatı “Toni”yə layiq görülüb. Kino sahəsinə gəldikdən sonra qısa zaman ərzində özünü dramatik aktyor kimi təsdiqləyir. "Vanity Fair" jurnalı tərəfindən “80-ci illərin Errol Flinni” adlandırılıb. Kinoda ilk uğurlu rolları “Sofinin seçimi” və “Böyük xəyal qırıqlığı” filmlərində olub. “Vanda adlı balıq” komediya filmində oynadığı roldan sonra şöhrət qazanıb və bu rola görə "Ən yaxşı ikinci plan aktyoru" kimi “Oskar” mükafatına layiq görülüb. 1989-cu ildə özündən 16 yaş kiçik olan aktrisa Fibi Keytslə evlənib. Onlar “Böyük xəyal qırıqlığı” filminin dinləmələri zamanı tanış olublar. Onların iki övladı var, 1991-ci il təvəllüdlü oğlu Ouen Cozef Klayn (2005-ci ildə “Kalmar və Balina” filmini çəkib) və 1994-cü il təvəllüdlü qızı Qreta Simona Klayn. Aktyorun oğlu şəkər xəstəliyindən əziyyət çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kevin_Kline

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç