Mişel Traxtenberq

Mişel Traxtenberq

Aktrisa

BİOQRAFİYA
Mişel Traxtenberq 11 oktyabr 1985-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində doğulub. Bank meneceri Lana və optik sahə üzrə mütəxəssis Maykl Traxtenberqin kiçik qızıdır. Onun atası Almaniyada, anası isə SSRİ-də doğulub. Anası həm də kukla teatrında işləyib. Aktrisa rus dilində sərbəst danışır. Mişelin baba-nənəsi İsraildə yaşayır. O, anası ilə birlikdə Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) köçüb. Uşaqlıqda baletlə məşğul olub. 1999-cu ildə “İnspektor Qadjet” fantastik filmindəki Penni obrazı ilə məşhurlaşır. 15 yaşında Traxtenberq amerikanın ən reytinqli “Baffi-vampir qırıcısı” (1997-2003) serialında rol alır. O eyni zamanda “Eurotur” (2004), “Müəmmalı dəri” (2004), “Buz şahzadəsi” (2005), “Klozen körpüsündə atılma” (2005), “Qara milad” (2006) trillerində çəkilib. 2007-ci ildən Mişel ən populyar “Sözgəzdirən” serialında rol alır. 2008-ci ildə "Dairəvi yürüş” və “17 yaşlı atam” (2009) komediya filmində çəkilir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michelle_Trachtenber...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç