Anton Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda (indiki Sankt-Peterburq) yəhudi ailəsində anadan olub. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Uşaq yaşında ikən Anton Yelçin ailəsi ilə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir. Kino aləminin diqqətini 2006-cı ildə real faktlara əsaslanan “Alfa Doq” kriminal dramı ilə çəkir. 2009-cu ildə “Ulduz Yolu” filmində və həmin il “Terminator 4” filmlərində yer alan Yelçin mütəxəssislər tərəfindən ən ümidverici gənc aktyorlardan hesab olunurdu. 2016-cı ilin 19 iyununda dostları Yelçinin cəsədini onun Los-Ancelesdəki evinin yanında tapırlar. Aktyorun bədəni onun "Jeep Grand Cherokee" avtomobilinin bamperi ilə kərpic sütunun arasında qalır. Məhz ölümə səbəb də bu olur. Belə ki, aktyor avtomobilindən düşərkən onu əl əyləcinə keçirməyi yaddan çıxarır və avtomobil arxaya gedərək Yelçini sütuna sıxır. Aktyor Maunt Sinay qəbiristanlığında basdırılır, lakin bu məzaqlıqda heykəl qoyulmasına icazə olmadığı üçün onun nəşi çıxarılaraq Hollywood Forever qəbiristanlığında basdırılır. Burada ona bürünc heykəl qoyulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anton_Yelchin