Markus Zusak
Yazıçı
Markus Zusak 23 iyun 1975-ci ildə Sidneydə (Avstraliya) anadan olub. Müsahibələrdən birində Markus qeyd edib ki, o uşaq olanda ona tez-tez nasist Almaniyası, Münhenin bombardımanı və anasının yaşadığı balaca alman şəhərindən keçib gedən yəhudilər haqqında hekayələr danışılırdı. Markusun dediyinə görə, məhz bu hekayələr onda “Kitab oğrusu” kitabını yazmağa ruhlandırıb.
Ernest Heminqueyin “Qoca və dəniz” və Piter Hecesin “Gilbert Qreyp nə yeyir?” kitablarını oxuduqdan sonra Markusda da yazıçı olmağ arzusu yaranır. 16 yaşından yazıçılığa başlayan Markusun ilk kitabı olan “Məğlub” yeddi il sonra çap edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: