Uill Poulter

Uill Poulter

Aktyor

BİOQRAFİYA

Uilyam Cek “Uill” Poulter 28 yanvar 1993-cü ildə Londonda (İngiltərə) anadan olub. Ed adlı qardaşı, Şarlotta adlı bacısı var. “The Harrodian School” özəl məktəbində oxuyub. Çəkildiyi ilk filmlərdən olan “Rembonun oğlu” komediyası ilk dəfə 2007-ci ildə “Sandens” kinofestivalında nümayiş olunub və tamaşaçıların böyük marağına səbəb olub. Film həmçinin digər beynəlxalq kinofestivallarda iştirak edib. Film eyni zamanda Britaniya imperiyası kino mükafatlandırma mərasimində ən yaxşı komediya elan edilib və Lokarno Kinofestivalında “tamaşaçıların seçimi” nominasiyasında mükafata layiq görülüb. Poulter ən yaxşı debüt nominasiyasında mükafata namizəd olub. 2008-ci ildə Uill “School Of Comedy” adlı serialın pilot seriyasına çəkilir. Daha sonra serialın daimi aktyoruna çevrilir, serial 2009-cu ildə mavi ekranlara çıxır. “Narniya salnamələri: Şəfəq fatehi” fentezi filminə çəkilməsindən sonra müxtəlif kino və televiziya layihələrinə dəvətlərin ardı-arası kəsilmir. 2013-cü ildə populyar Hollivud komediyası – “Biz Millerlərik” filminə baş rollardan birinə çəkilir. 2014-cü ildə “Labirintdə qaçan” fantastik trillerində və “Plastik” komediyasında rol alır. 2015-ci ildə isə Alexandro Qonzales İnyarritunun “Sağ Qalan” dramında Di Kaprionun tərəf müqabili olur. 2014-cü ildə BAFTA mükafatı laureatı olub. İlk işlərindən biri “Rembonun oğlu” filmində aldığı roldur. Məşhurlaşmasında Maykl Eptedin “Narniya Salnamələri: Şəfəq fatehi” adlı fentezi filmi böyük rol oynayıb. Eyni zamanda Di Kaprionun baş rola çəkildiyi “Sağ qalan” macəra-dramında və “Biz Millerlərik” komediyasında oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Will_Poulter

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç