Ceyms Deşner
Yazıçı
Ceyms Deşner 26 noyabr 1972-ci ildə Ostill şəhərində (Corciya ştatı, ABŞ) doğulub. Ailənin yeddinci uşağıdır. Ceyms uşaqlıqdan yazıçı olmağı arzu edirdi. Ceymsin valideynlərinin köhnə yazı maşını var idi və Ceyms ilk dəfə məhz o maşında yazı yazmağı sınayıb. Lakin onun bu işi hobbi olaraq qalır. Məktəbi bitirdikdən sonra Yuta ştatının universitetinin mühasibatlıq fakültəsini bitirib. Bir müddət iqtisadiyyat sahəsi üzrə işlədikdən sonra əvvəlki istəyi ona güc gəlir və Ceyms yazıçılıq karyerasına başlayır. Ceyms boş vaxtlarında oxumağı, filmlərə və maraqlı şoulara baxmağı sevir.
O hər şeydən ilhamlana bilər. Misal üçün, yazdığı “Labirintdə qaçan” əsərini Orson Skott Kardın “Enderin oyunu” və Uilyam Qoldinqin “Milçəklər tanrısı” əsərlərindən təsirlənərək yazıb. Hər dəfə yazı yazmaq baxımından böhrana düşəndə Ceyms film izləmək və ya kitab oxumaq üçün vaxt götürür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: