Kliff Robertson

Kliff Robertson

Aktyor

BİOQRAFİYA

Kliff Robertson 9 sentyabr 1923-cü ildə San-Diyeqo (Kaliforniya ştatı, ABŞ) şəhərində anadan olub. Entioç kollecində təhsil alıb və bir müddət jurnalist işləyib. 1969-cu ildə “Çarli” filmində canlandırdığı Çarli Qordon roluna görə “Ən yaxşı kişi rolu” kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb. 39-cu Berlin kinofestivalında jurinin üzvü olub.
1957-ci ildə Kliff Robertson aktyor Cek Lemmonun keçmiş həyat yoldaşı Sintiya Stounla evlənib. Bu evlilikdən Robertsonun bir qızı var. 1960-cı ildə onlar boşanırlar. 1966-cı ildə Robertson Dina Merillə evlənir. Bu evlilikdən də Hizer adlı qızı olub (Hizer 2007-ci ildə xərcəng xəstəliyindən vəfat edib). Cütlük 1986-cı ildə boşanır. 10 sentyabr 2011-ci ildə - 88 yaşını qeyd etdikdən bir gün sonra Kliff Robertson Nyu-Yorkdakı evində vəfat edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Cliff_Robertson

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç