Xosrov Əşrəf oğlu Mamayev 31 avqust 1960-cı ildə Bakı şəhərində anadan olub. 1979-cı ildə Asəf Zeynallı adına Musiqi məktəbinin zərb alətləri fakültəsini bitirib. 1 sentyabr 1998-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında orkestr artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun", "On min dollarlıq kef", "Nəğməli Könül", "Dəli dünya", "Bir saatlıq xəlifəlik", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Talelər qovuşanda", "Volqalı canan", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "Şeytanın yubileyi", "Qadınsız yaşamaq olmaz" kimi tamaşalarında iştirak edib. X.Mamayev hal-hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Evlidir. İki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99rikli_%C3%A7%C3%B6r%C9%99k_(film,_1969)