Aleksandr Petrov

Aleksandr Petrov

Aktyor

BİOQRAFİYA

Aleksandr Petrov 25 yanvar 1989-cu ildə Pereslavl-Zalesski (Yaroslavl vilayəti, Rusiya) şəhərində anadan olub. İqtisadiyyat üzrə ali təhsil alıb. Təhsil aldığı müddətdə "Şən və Hazırcavablar Klubu"na qoşulub, tələbə ittifaqının üzvü olub, V.A.İvanenkonun rəhbərliyi altında “Antrepriza” teatr-studiyasında çıxış edib. Poxvistnev şəhərində (Samara vilayəti) teatr festivalı zamanı Rusiya Teatr Sənəti İnstitutunun müəllimləri ilə tanış olur və bundan sonra iqtisadiyyat fakültəsini tərk etmək qərarı verib, Rusiya Teatr Sənəti İnstitutuna daxil olur, 2012-ci ildə bitirir. Foto çəkilişi və futbolla maraqlanır. Televiziyada 2010-cu ildə “Səs” serialı ilə debüt edən aktyor 2017 və 2018-ci illərdə ardıcıllıqla “Attraksion” və “Buz” filmlərində əsas rola çəkilib. 2015-ci ildən aktrisa İrina Starşenbaumla görüşür. 2017-ci ildə onlar nişanlanırlar. Lakin 2019-cu ildə cütlük ayrılır. 2019-cu ildən aktrisa Stasya Miloslavskaya ilə münasibəti var. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alexander_Petrov_(actor)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç