Mariya Aronova
Aktrisa
Mariya Aronova 11 mart 1972-ci ildə Dolqoprudnıda (Moskva vilayəti) mühəndis Valeri Maksoviç Aronov və kitabxanaçı Lyudmila Petrovna Aronovanın ailəsində dünyaya gəlib. Mariyanın Aleksandr Valeryeviç Aronov adlı qardaşı var. Aleksandr 1988-ci ildə Moskva rəssamlıq məktəbini bitirib. Mariya ali məktəbə qəbul olmamışdan əvvəl İrina Nikolayevna Tixonovanın rəhbərliyi ilə “İrəli” mədəniyyət evində çıxış edib. Aktrisa bu gün də İrina Nikolayevanı teatr karyerasının "xaç anası" adlandırır. 1994-cü ildə Şukinski məktəbində V.V İvanovanın kursunu bitirib. İkinci kursdan Vaxtanqov adına Teatrda işləyib. Aktrisa “Çiyələk”, “Əsgər” və “Səksənlər” seriallarında oynadığı rolları ilə məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0